BMT-nin xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb

BMT-nin xüsusi nümayəndəsinin Azərbaycana səfəri başlayıb
# 14 sentyabr 2016 16:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı xüsusi nümayəndəsi Mişel Forstun Azərbaycana səfəri başlayıb.

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, o, Azərbaycana hökumətin dəvəti ilə gəlib.

Səfər müddətində xüsusi nümayəndə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə maraqlanacaq. M. Forst rəsmi şəxslər, məhkəmə sisteminin nümayəndələri, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti üzvləri və diplomatik korpus nümayəndələri ilə görüşəcək. Səfər sentyabrın 22-də başa çatacaq.

M. Forst Azərbaycana səfərinin yekunları ilə bağlı hesabatı BMT İnsan Haqları Şurasına gələn ilin martında təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR