2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanlarının vaxtı açıqlayıb

2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanlarının vaxtı açıqlayıb
# 27 sentyabr 2016 13:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə keçiriləcək SAT imtahanları və qeydiyyat tarixlərini açıqlayıb.

TQDK-dan APA-ya verilən xəbərə görə, 2016/2017-ci tədris ili üzrə 6 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar oktyabrın 1-i, dekabrın 3-ü, yanvarın 21-i, martın 11-i, mayın 6-sı və iyunun 3-də olacaq.

İmtahanlara qeydiyyatdan keçmək üçün http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçiddən istifadə etmək olar.

SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanıdır.

Dünyada hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü ilin sonunda ABŞ-ın ETS (Eductational Testing Service - Təhsil Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə “College Board” - Ali təhsilə qəbul Şurası tərəfindən hazırlanan SAT imtahanını Azərbaycanda test mərkəzi kimi TQDK tərəfindən keçirilməsinin icazəsini əməkdaşlıq razılaşması ilə əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR