Coğrafiya İnstitutu: Bakı teleteatrının şərq hissəsindəki sürüşmə sahəsində gərginlik artıb

Coğrafiya İnstitutu: Bakı teleteatrının şərq hissəsindəki sürüşmə sahəsində gərginlik artıb
# 26 yanvar 2016 12:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda Bakı teleteatrının xüsusilə şərq hissəsində, yəni Şəhidlər Xiyabanı, “Əbədi məşəl” abidə kompleksindən başlayaraq “Gülüstan” sarayı istiqamətindəki sürüşmə sahəsində nisbi fəallaşma var”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib. O bildirib ki, hazırda həmin ərazidə qrunt sularının səviyyəsi və rütubətlənmə artıb: “Bakı ərazisindəki sürüşmə sahələri tərəfimizdən çox diqqətlə öyrənilir. Badamdardakı sürüşmə sahələrində sabitlikdir. Lakin Bakı teleteatrı, Şəhidlər Xiyabanı istiqamətindəki yollarda çatlar, yamaclardakı xırda uçmaların baş verməsi orada gərginliyin artdığını göstərir”.

E. Əlizadə qeyd edib ki, hazırda Zığ və Masazırdakı sürüşmə sahələrində də aktivlik müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR