“Topaz” məntəqəsindən və çay evindən oğurluq edənlər saxlanılıb

 “Topaz” məntəqəsindən və çay evindən oğurluq edənlər saxlanılıb
# 19 dekabr 2015 11:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Nuriyevə, S.Nərimanova, H.İsmayılova məxsus mağazalardan, habelə C.Abbasova və H.Rüstəmova məxsus “Topaz” mərc oyunları məntəqələrindən pul, tütün məmulatı və məişət əşyaları oğurlamış Bakı şəhər sakinləri Məmmədağa Mayılov və Aslan Abasov, Nizami rayon 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə avqustun 30-da Füzuli Babayevə məxsus çay evindən mobil telefon oğurlamış Bakı şəhər sakini Firuz Rzayev tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR