Qubada avtomobil təmiri sexi yanıb

Qubada avtomobil təmiri sexi yanıb
# 04 dekabr 2015 15:15 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün axşam saatlarında Qubada yanğın baş verib.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayon sakini Həbib Ağayevə məxsus avtomobil təmiri sexində qeydə alınıb.

Hadisə yerinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ümumi sahəsi 80 kv.m olan sex tamamilə yanıb. Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR