Çin alimləri Tarix İnstitutunda olublar

Çin alimləri Tarix İnstitutunda olublar
# 28 may 2016 09:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) vitse-prezidenti Tsay Fanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda olub.

Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Azərbaycan və Çin arasında əlaqələrin tarixindən söz açaraq çinli qonaqlara rəhbərlik etdiyi İnstitutun uğurları haqda geniş məlumat verib. ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yuntsüan bildirib ki, hazırda institutun adında dəyişiklik baş verib və elmi müəssisənin adına Qafqaz sözü əlavə olunub: “Bu isə Çin və Azərbaycanın elmi müəssisələri arasında əməkdaşlığı genişləndirmək imkanı yaradır”.

Görüşdə ÇİEA ilə AMEA-nın Tarix İnstitutu arasında əlaqələndirici olan tarixçi-alim Nərgiz Axundovanın “Azərbaycan və Çin mədəniyyətlərinin əlaqələri haqqında” (rusca) adlı kitabının təqdimatı keçirilib. Kitabın elmi redaktoru Y. Mahmudovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR