Hindistanda meşə yanğınları zamanı 6 nəfər ölüb

Hindistanda meşə yanğınları zamanı 6 nəfər ölüb
# 01 may 2016 09:23 (UTC +04:00)

Bakı-APA. Hindistanın şimalındakı Uttarkxand ştatında meşə yanğınları zamanı 6 nəfər ölüb.

APA-nın “Times of India” qəzetinə istinadən verdiyi məlumata görə, yanğın ümumilikdə 2 min hektar meşə sahəsini əhatə edib.

Meşə yanğınları zamanı həyatını itirənlərdən 3-2 qadın, 1-i isə uşaqdır. Yanğınların söndürülməsinə 6 min yanğınsöndürən, o cümlədən Hindistan ordusunun “Mi-17” tipli iki vertolyotu cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR