® Azər Türk Bank yeni dizaynlı ödəniş kartlarını təqdim edir

<font color=red>® </font> Azər Türk Bank yeni dizaynlı ödəniş kartlarını təqdim edir
# 20 sentyabr 2016 14:10 (UTC +04:00)

Azər Türk Bank milli irsimizin qorunması və yaşadılması məqsədilə yeni layihəyə imza atıb. Bank yeni istifadəyə verdiyi “VİSA” növlü kartlar üçün hazırladığı dizaynları təqdim edib. Hər bir Azərbaycan vətəndaşının üzərində Vətənin bir parçası bilib qürurla daşıması üşün əsas verən dəyərlərimizin həkk olunduğu kartların dizaynında istifadə olunmuş elementlər milli irsimizin qorunması və yaşadılması məqsədi daşıyır.
Qeyd edək ki, Bank tərəfindən təqdim olunan “VİSA” və “MasterCard” növlü kartlar dünyanın 200-dən çox ölkəsində bir neçə saniyə ərzində ticarət və xidmət müəssisələrində təhlükəsiz, asan və sürətli ödəniş etmə imkanı yaradır.
Həmçinin, Azər Türk Bankın bugünlərdə ödəniş kartı sahiblərinə təqdim etmiş olduğu “paywave” və “paypass” xidmətləri müştərilərə müvafiq POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR