Samur-Dəvəçi kanalında batan şəxsin axtarışına başlanıb

Samur-Dəvəçi kanalında batan şəxsin axtarışına başlanıb
# 20 aprel 2016 07:06 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Barlı qəsəbəsi Samur-Dəvəçi kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlayıblar. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR