Avropa İttifaqı nümayəndəliyinin rəhbəri: "Düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək"

Avropa İttifaqı nümayəndəliyinin rəhbəri: "Düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək"
# 28 yanvar 2016 08:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. "Avropa İttifaqının bazarı çox böyükdür. Bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır. Azərbaycan məhsullarını da həmin bazarda görmək bizi sevindirəcək".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Aİ Azərbaycanla işləyir: "Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Azərbaycanda baş verən yenilikləri görərək düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR