Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçiriləcək

Brüsseldə Avropa İttifaqı-Türkiyə sammiti keçiriləcək
# 23 noyabr 2015 21:03 (UTC +04:00)

Bakı-APA. Noyabrın 29-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı və Türkiyə liderlərinin miqrasiya böhranına dair sammiti keçiriləcək.

APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk özünün “Tvitter” səhifəsində yazıb.

“Aİ-Türkiyə sammiti bazar günü baş tutacaq. Məqsəd – münasibətlərimizə yeni təkan vermək və miqrant axınını məhdudlaşdırmaqdır”, D.Tusk vurğulayıb.

Avropa İttifaqı Şurasının prezidenti həmçinin qeyd edib ki, görüşün keçirilməsinə qərar Avropa Komissiyasının müsbət rəyi və Türkiyə baş naziri Əhməd Davudoğlu ilə telefon danışığından sonra verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR