"Bakı Kristal Zalı" texniki işlərin aparılması üçün tender keçirir

"Bakı Kristal Zalı" texniki işlərin aparılması üçün tender keçirir
# 06 oktyabr 2016 06:57 (UTC +04:00)

Bakı - APA-Economics. "Bakı Kristal Zalı" MMC açıq tender elan edir.

"APA-Economics" MMC-nin elanına istinadın xəbər verir ki, tender aşağıdakı iş və xidmətlərin satınalınmasını əhatə edir:

- İnformasiya texnologiyaları infrastrukturunun idarə olunması və texniki dəstəyi;

- Səs-həyəcan sisteminin idarə olunması və texniki dəstəyi;

- Havalandırma sisteminin proqram təminatının idarə olunması və texniki dəstəyi;

- Daxili yoxlama-nəzarət sistemlərinin texniki dəstəyi;

- Xarici və daxili işıqlandırma sistemlərinin proqram təminatlarının idarə olunması və texniki dəstəyi;

- Daxili radio stansiyanın idarə olunması və texniki dəstəyi;

- Mərkəzləşdirilmiş nəzarət sisteminin yaradılması, işıqlandırma, havalandırma,

səs-həyacan, yoxlama-nəzarət və sair ağıllı sistemlərin bu sistemə qoşulması və texniki

dəstəyi;

- Mərkəzləşdirilmiş nəzarət üçün mobil proqram təminatının yazılması və idarə olunması.

Tenderdə yerli və xarici şirkətlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak haqqı 600 manatdır. İddiaçılar tərəfindən ödənilmiş iştirak haqqı

heç bir halda geri qaytarılmır.

İddiaçıların təklifləri 23 noyabr 2016-cı il tarixində açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR