Vladimir Putin: “Rusiya Türkiyə ilə münasibətləri bərpa etmək istəyir”

Vladimir Putin: “Rusiya Türkiyə ilə münasibətləri bərpa etmək istəyir”
# 27 may 2016 22:18 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini bəyan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Yunanıstanda səfərdə olan V. Putin Su-24 təyyarəsi ilə bağlı insidentə baxmayaraq Rusiyanın Türkiyə ilə münasibətləri bərpa etmək istədiyini söyləyib.

O, qeyd edib ki, Rusiya müxtəlif kanallarla Türkiyə ilə əlaqədədir və qarşı tərəfdən konkret addımlar gözləyir: "Əlbəttə ki, biz düşünmürdük ki, Türkiyə qırıcısı bizim bombardmançı təyyarəmizi vura bilər. Biz Türkiyə ilə, Türkiyə Silahlı Qüvvələri ilə müharibəyə hazırlaşmırdıq. Əks halda biz başqa cür və başqa vasitələrlə hərəkət edərdik. Ümid edirəm ki, bu yerə gəlib çatmayacaq. Biz Türkiyə hakimiyyətindən izah eşitdik, üzrxahlıq eşitmədik. Dəyən zərərin qarşılanmasına hazır olmalarını da eşitmədik. Münasibətlərin bərpa olunması istəklərini eşidirik. Biz də münasibətləri bərpa etmək istəyirik. Onları biz pozmamışıq. Əlimizdən gələni etmişdik ki, Rusiya-Türkiyə münasibətlərini on illər ərzində dostluq və tərəfdaşlıq səviyyəyə qalxsın. Niyə bu edildi, hələ də ağlıma heç bir fikir gəlmir. Lakin olan oldu. Bundan savayı təkcə təyyarə vurulmadı, katapult edən pilot da güllələndi. Bu isə beynəlxalq hüquqa görə hərbi cinayətdir".

Putin bildirib ki, Ankaradan bəyanatlardan savayı konkret addımlar gözləyir: "Biz Türkiyə tərəfi ilə müxtəlif kanallarla əlaqədəyik. Onlar bizim cavabımızı bilirlər. Biz onlar tərəfindən konkret addımlar gözləyirik. Lakin hələlik bu yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR