Dmitri Roqozin: “Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində etibarlı tərəfdaş olduğunu təsdiqlədi”

Dmitri Roqozin: “Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində etibarlı tərəfdaş olduğunu təsdiqlədi”
# 03 mart 2016 21:15 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqlədilər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozin Bakıya səfərinin yekunu barədə "Twitter"dəki səhifəsində yazıb.

"Bakı səfərinin əsas yekunu: tərəflər hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqlədilər".

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozini martın 3-də Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR