Siyəzəndə 140 hektar sahədə quru ot yanıb

Siyəzəndə 140 hektar sahədə quru ot yanıb
# 29 avqust 2016 05:42 (UTC +04:00)

Bakı-APA. Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Zarat kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 140 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqda olan fermalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR