AMEA İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun adı dəyişib

AMEA İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun adı dəyişib
# 26 may 2016 16:24 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun adı dəyişib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, bundan sonra bu qurum Hüquq və İnsan Haqları İnstitutu adlanacaq.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR