Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq                              

Siyəzən magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq                              
# 24 aprel 2016 14:59 (UTC +04:00)

Bakı-APA. Sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

APA-nın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR