Sumqayıtda avtomobil maneəyə çırpılıb, bir nəfər ölüb

Sumqayıtda avtomobil maneəyə çırpılıb, bir nəfər ölüb
# 13 avqust 2016 09:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, avqustun 12-də saat 16 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini Orxan Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub.

Nəticədə sürücü və sərnişini Hüseyn Əsgərov xəstəxanaya yerləşdirilib, H. Əsgərov orada ölüb.


Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR