Bakıda fəhlə yük maşınının altında qalaraq ölüb

Bakıda fəhlə yük maşınının altında qalaraq ölüb
# 23 iyun 2016 08:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda fəaliyyət göstərən şirkətlərdən birində faciəli hadisə baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Azərtrans” MMC-nin ərazisində qeydə alınıb. Neftçala sakini, 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi, şirkətə məxsus “QAZ-53” markalı yük maşınını arxaya verərkən orada işləyən fəhlə, 1993-cü il təvəllüdlü Azər Şadman oğlu Kazımov maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR