MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır

MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır
# 22 sentyabr 2016 13:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “2016-cı ilin sonuna kimi Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, ölkə ərazisi rəqəmsal yayımla tam əhatə olunub.

Aparat rəhbəri qeyd edib ki, teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, MTRŞ 2016-cı ildə rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR