Azərbaycan çempionatının təqvimi yenə dəyişdirilib

Azərbaycan çempionatının təqvimi yenə dəyişdirilib
# 01 dekabr 2015 07:36 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutmalı olan “Gənclik” – “Telekom” matçı təxirə salınıb.

II turdan təxirə salınan qarşılaşmanın dekabrın 4-də oynanılması qərara alınıb. Həmin gün keçirilməli olan “Gənclik” – “Azərreyl” matçı 2 gün ertələnib.

Həmçinin, dekabrın 1-nə də oyun salınıb. IX tur çərçivəsində baş tutmalı olan “Gənclik” – “Lokomotiv” görüşü bu gün təşkil ediləcək.

IX tur

1 dekabr

16:00. “Gənclik” – “Lokomotiv”

V tur

2 dekabr

16:00. “Azərreyl” – “Gənclik”

“Azərreyl” İdman Bazası

V tur

4 dekabr

16:00. “Gənclik” – “Telekom”

Azərbaycan Voleybol Federasiyasının idman zalı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR