"AccessBank"ın səhmdarının Azərbaycan üzrə portfeli 8% kiçilib

"AccessBank"ın səhmdarının Azərbaycan üzrə portfeli 8% kiçilib
# 10 oktyabr 2016 09:26 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin I yarısında Qara Dəniz Ticarət və İnkişaf Bankının Azərbaycan üzrə portfelinin həcmi €116,384 mln. olub.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7,5% azalıb. Belə ki, ilin əvvəlində bankın Azərbaycandakı layihələr üzrə portfelinin həcmi €125,787 mln. idi.

Bununla yanaşı, cari ilin iyun ayının 30-u tarixinə Azərbaycan tərəfindən istifadə olunmayan öhdəliklərin €31,994 mln. dəyərində qiymətləndirilir.

Qeyd edək ki, adıçəkilən maliyyə institutu "AccessBank" QSC-də 20%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR