Myanmada daşqınlar nəticəsində zərərçəkənlərin sayı 1 milyonu ötüb

Myanmada daşqınlar nəticəsində zərərçəkənlərin sayı 1 milyonu ötüb
# 13 avqust 2015 00:21 (UTC +04:00)

Bakı-APA. Myanmada baş vermiş güclü daşqınlar nəticəsində ölənləri sayı 103-ə çatıb, təbii fəlakətdən 1 milyondan çox insan zərər çəkib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkə hökuməti Çin ştatı və üç digər regionu təbii fəlakət zonası elan edərək beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Artıq Çin Xalq Respublikası, Hindistan və Avstraliya daxil olmaqla 10 dövlət Myanmaya yardım göstərib. ABŞ və Avropa İttifaqı isə Myanmaya yardım fondları təsis ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR