Rusiyada vertolyot qəzaya uğrayıb, 2 nəfər ölüb

Rusiyada vertolyot qəzaya uğrayıb, 2 nəfər ölüb
# 25 sentyabr 2016 15:03 (UTC +04:00)

Bakı-APA. Rusiyada “Bell” markalı vertolyot qəzaya uğrayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün xilasetmə qrupu Krasnoyarsk diyarının Yartsevo qəsəbəsindən 20 km şimalda vertolyot parçaları və 2 cəsəd aşkarlayıb.

Bu, pilota məxsus şəxsi vertolyot olub. Pilot və sərnişinin məqsədi dünən Krasnoyarskdan Yeniseyska rayonuna balıq tutmaq məqsədi ilə gəlmək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR