Ramiz Həsənov: “Yalnız kütləvi yoxlamaları dayandırmışıq, monitorinqlər davam edir”

Ramiz Həsənov: “Yalnız kütləvi yoxlamaları dayandırmışıq, monitorinqlər davam edir”
# 10 may 2016 08:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA “Bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı bizə şikayətlər daxil olur. Biz də bunu araşdırıb, mətbuata məlumat veririk”.

APA-nın xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib: “Yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı və sairə sahələrlə bağlı mən demişdim. Şikayətlər hər bir sahədən olur”.

Hesablama Palatasının yoxlamalarında ən çox qanun pozuntusuna yol verən qurum kimi rəhbəri olduğu komitənin adının çəkilməsi barədə məlumatlara münasibət bildirən R. Həsənov bunları deyib: “Hesablama Palatası bizdə 2014-cü ildə yoxlama aparıb. O zaman heç bir pozuntu qeydə alınmayıb. Mən bilmirəm bu məlumatlar harada gedib, belə bir hal yoxdur”.

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları bərpa edəcəkmi” sualına cavab olaraq komitə sədri yoxlamaların dayandırılmadığını açıqlayıb: “Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq.

Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR