Bakıda oğurluq edən qadınlar saxlanılıb

Bakıda oğurluq edən qadınlar saxlanılıb
# 04 mart 2016 09:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluq edən qadınlar saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub. Ondan 0,207 qram heroin götürülüb.

Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Zirə qəsəbəsində yaşayan Elnur Çələbiyevin evindən oğurluğa cəhd göstərmiş Yevlax rayon sakinləri İlhamə Olamadze və Turanə Əhmədova saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 evdən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR