“Gəncəbank”ın 12 əmanətçisinə 150 min manat kompensasiya ödənilib

“Gəncəbank”ın 12 əmanətçisinə 150 min manat kompensasiya ödənilib
# 08 fevral 2016 09:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Sığorta hadisəsi baş vermiş bankların əmanətçilərinə kompensasiyaların verilməsi prosesi davam edir. “APA-Economics”in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, əvvəlki günlərlə müqayisədə müraciətlərin sayında azalma müşahidə edilir: “Əgər biz əvvəllər gün ərzində 2-3 mln. manat kompensasiya verirdiksə, indi gün ərzində 1,5 mln. manat kompensasiya verilir. Yəqin ki, əmanətçilər kompensasiya almağa tələsmirlər”.

A. Cavadov əlavə edib ki, “Gəncəbank” ASC-nin 12 əmanətçisinə 150 min manat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR