Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycanda havanın temperaturu yüksələcək
# 07 aprel 2016 10:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aprelin 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 8-də Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 4-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR