DİN Bakıda məktəbli qardaşların avtobusla vurulması faktı ilə bağlı məlumat yayıb

DİN Bakıda məktəbli qardaşların avtobusla vurulması faktı ilə bağlı məlumat yayıb
# 01 mart 2016 08:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda marşrut avtobusunun törətdiyi yol nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 29-da saat 08 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Bəxtiyar Zodanov 172 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu yolun kənarındakı ağaca vurub və idarəetməni itirdiyindən avtobus yaxınlıqda dayanmış qəsəbə sakinləri Ələm Cəfərzadəyə və qardaşı Nicata dəyib. Nəticədə Ə.Cəfərzadə hadisə yerində ölüb, Nicata və B.Zodanovun 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, avtobusun vurduğu piyadalar iki qardaşdır və onlar orta məktəb şagirdləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR