İran Silahlı Qüvvələri komandanının müavini: “Hərbi gücümüz düşmənləri düşünməyə məcbur edir”

İran Silahlı Qüvvələri komandanının müavini: “Hərbi gücümüz düşmənləri düşünməyə məcbur edir”
# 11 mart 2016 12:17 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. “Bütün region müharibə alovundadır, yalnız İranda tam sabitlik hökm sürür. İran öz işlərini rahatlıqla və tam təhlükəsiz şəraitdə görür. Sonuncu seçkilər buna nümunədir”.

Bunu APA-ya açıqlamasında İran Silahlı Qüvvələri komandanının müavini, briqada generalı Əbdül-Rahim Musəvi deyib.

O bildirib ki, bu gün İranın hərbi gücü düşmənləri düşünməyə məcbur edir. “Onlar düşünürlər ki, əgər İrana zərbə endirsələr, alacaqları cavab daha ağır olacaq”.

Ə. Musəvi qeyd edib ki, hazırda İran Silahlı Qüvvələri davamlı əməliyyat şəraitindədir. “Dəniz qüvvələri, quru qoşunlar və hərbi hava qüvvələri həmişə hazırlıq vəziyyətindədir. Hərbi-hava qüvvələri hər an ölkənin səmasını qorumağa hazırdır, dəniz qüvvələri dənizdə təhlükəsizliyi tam təmin edir, quru qoşunlar isə ölkənin sərhədlərini layiqincə qoruyur. İstənilən hücumun qarşısını qısa zamanda alınacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR