“American Airlines” aviaşirkətinə məxsus təyyarə qəza enişi edib

“American Airlines” aviaşirkətinə məxsus təyyarə qəza enişi edib
# 24 noyabr 2015 02:37 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “American Airlines” aviaşirkətinə məxsus təyyarə Dominikan Respublikasının Santo-Dominqo şəhərində qəza enişi edib.

APA-nın Prensa Latina agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 174 sərnişin və 6 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havada olarkən mühərriklərinin birində nasazlıq yaranıb.

Təyyarənin Şimali Karolina ştatından Arubaya uçduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR