Göyçayda yük avtomobili yanıb

Göyçayda  yük avtomobili yanıb
# 16 dekabr 2015 22:13 (UTC +04:00)

Bakı-APA. Göyçayda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin kabinası və mühərrikində elektrik naqilləri yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR