Brent nefti ucuzlaşıb

Brent nefti ucuzlaşıb
# 20 avqust 2016 07:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar artaraq 48,57 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,01 dollar ucuzlaşaraq 50,88 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR