Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası istifadəyə verilib

Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası istifadəyə verilib
# 04 mart 2016 12:56 (UTC +04:00)

Bakı - APA. Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası açılıb.

APA-nın “newyork.cbslocal.com” saytına istinadən verdiyi məlumata görə, “Oculus” adlı metro stansiyası 2001-ci il 11 sentyabr hadisələri ilə əlaqədar tikilmiş memorial kompleksin yaxınlığında inşa edilib.

Stansiyanın girişi havaya qalxan ağ quş üslubunda inşa olunub. Müəllifi ispaniyalı rəssam-futurist Santyaqo Kalatravadır. Stansiyanın tikintisinə 3,9 milyard dollar vəsait sərf olunub. İlkin olaraq tikintiyə bundan iki dəfə az vəsaitin sərf olunacağı planlaşdırılırdı. Metro stansiyası nəzərdə tutulduğu kimi 5 ilə deyil, 12 ilə təhvil verilib.

Nəqliyyat mərkəzi olan “Oculus” stansiyası metronun 11 xəttini özündə birləşdirir. Gün ərzində buradan 250 min sərnişinin istifadə edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR