Kreml Putinə sanksiya tətbiq olunması haqqında çağırışlara münasibət bildirib

Kreml Putinə sanksiya tətbiq olunması haqqında çağırışlara münasibət bildirib
# 09 mart 2016 12:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Parlamentinin deputatlarının Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkoya görə Vladimir Putinə qarşı sanksiya tətbiq olunması haqqında çağırışlarını şərh edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, D. Peskov məhkəmə prosesinə mane olmağın qəbuledilməz olduğunu söyləyib: “Biz hazırkı Rusiya qanunvericiliyinə müvafiq şəkildə keçirilən məhkəmə prosesinə mane olmaq cəhdləri ilə razılaşa bilmərik. Bu, qəbuledilməzdir. Məhkəmə prosesi ilə bağlı hər hansı şərh verməyi də qeyri-mümkün və qəbuledilməz hesab edirik”.

Qeyd edək ki, Avropa Parlamentinin üzvləri Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyanın tətbiqi ilə bağlı Avropa Komissiyasına məktubla müraciət ediblər. Onlar Rusiya prezidenti və daha 28 nəfərə ukraynalı pilot Nadejda Savçenkonun qanunsuz həbsi ilə bağlı sanksiyaların tətbiq edilməsini istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR