Bakı. Yeganə Laçınzadə – APA-Economics. Biz İran, Azərbaycan və Rusiya ərazisindən keçəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetiririk.
“APA-Economics” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Hindistanın Rusiyadakı səfiri Pankac Saran deyib.
Onun sözlərinə görə, bu nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə Rusiyadan Hindistana yüklərin tədarük müddəti əhəmiyyətli dərəcədə azalacaq.