MSK sədri: “İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb” - YENİLƏNİB - FOTOSESSİYA

MSK sədri: “İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb” - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 02 oktyabr 2015 08:22 (UTC +04:00)

APA-nın məlumatına görə, seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak edirlər.

Seminarda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu, Ə. Həsənovun təşəbbüsü ilə belə formatda keçirilən ilk tədbirdir. MSK sədri bildirib ki, mətbuatla həmişə açıq işləməyə çalışıblar: “Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb”.

M. Pənahov namizədlərin qeydiyyata alınma müddətinin bu gün başa çatdığını, oktyabrın 9-dan təşviqat kampaniyasına start veriləcəyini nəzərə çatdırıb: “Ona görə də bu tədbirin keçirilməsini zəruri saydıq. Bir məqamı da qeyd etmək istəyirəm ki, sosial şəbəkələr də faktiki daimi mətbuat orqanıdır. Sosial şəbəkədə təşviqat baxımından addım atılanda yüzlərlə dövrü nəşrin təsirindən daha çox olur. Ona görə də bu məsələyə də diqqət yetirilməlidir”.

MSK sədri qeyd edib ki, seçkilərə kölgə salmaq üçün heç kimə bəhanə verilməməlidir.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda azad, plüralist cəmiyyət quruculuğu və bu prosesdə mətbuatın rolu barədə danışıb.

Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, Mətbuat Şurası fəaliyyətində KİV-in seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasına xüsusi önəm verir: “Mətbuat Şurasının apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatları diqqət mərkəzində saxlayır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır. Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar”.

Daha sonra seminar MSK üzvlərinin mövzu ilə bağlı məruzələri ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR