Nazir: "Son 10 ildə Aİ Azərbaycanda əsas kapitala 20 milyard dollar yatırıb"

Nazir: "Son 10 ildə Aİ Azərbaycanda əsas kapitala 20 milyard dollar yatırıb"
# 18 may 2016 09:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Son 10 ildə Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatında əsas kapitala yönəldilmiş investisiyaların həcmi təxminən 20 milyard dollar həcmində olub ki, bu da sözügedən kateqoriyadan olan investisiyaların 45,6%-ni təşkil edir".


"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən II Azərbaycan-Avropa İttifaqı biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin qeyri-neft sektoruna birbaşa investisiyalarının həcmi 2,7 milyard dollar təşkil edir: "Bu rəqəm isə bu sektora yönəldilmiş investisiyaların təxminən 35%-dir. Səslənən rəqəmlər Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın səviyyəsini və qarşılıqlı əhəmiyyətini göstərir".

Nazir ötən gün Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasiminə toxunaraq bildirib ki, bu, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının ən bariz nümunələrindən biridir: "Cənub Qaz Dəhlizi Avropa İttifaqının prioritet infrastruktur layihələri sırasına daxil edilib. Beləliklə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında ən önəmli iştirakçılardan birinə çevriləcək. Enerji sahəsində olan əməkdaşlıq Azərbaycan-Avropa İttifaqı arasında strateji əhəmiyyət daşıyan əməkdaşlıqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR