Gələn il bələdiyyələrə 5,2 mln. manatlıq dotasiya ayrılacaq

Gələn il bələdiyyələrə 5,2 mln. manatlıq dotasiya ayrılacaq
# 15 sentyabr 2015 10:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bələdiyyələrə maliyyə köməkliyinin davam etdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsindən 5,2 mln. manat vəsait ayrılacaq.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.

Qeyd edək ki, 2014 və 2015-ci ilin dövlət büdcəsindən 5,2 mln. manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR