Vitse-spiker: “Sergey Lavrovun Azərbaycana səfəri önəmli hadisədir”

Vitse-spiker: “Sergey Lavrovun Azərbaycana səfəri önəmli hadisədir”
# 02 sentyabr 2015 09:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri önəmli hadisədir. Səfər ikitərəfli münasibətlər və regionu narahat edən məsələlərlə bağlıdır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. B. Muradova S.Lavrovun Azərbaycana səfəri ilə bağlı bəzi mətbuat orqanlarında ortaya atılan iddialara şərh verməyə ehtiyac olmadığını bildirib: “Mən o məlumatlarla bağlı şərh verə bilmərəm. Düşünürəm ki, bunlar ehtimallardır. Belə səfərlər, görüşlər və müzakirə olunan məsələlər iki ölkənin qarşılıqlı münasibətlərinin daha da yaxşılaşmasına və bu münasibətlərin regionun inkişafına yönəlməsinə təsir göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR