Koronavirusla əlaqədar Uhan şəhərini 5 milyondan çox insan tərk edib

Koronavirusla əlaqədar Uhan şəhərini 5 milyondan çox insan tərk edib
# 27 yanvar 2020 05:30 (UTC +04:00)

Yeni növ koronavirusun yayılması və Yeni il bayramı zamanı Çinin Uhan şəhərini 5 milyondan çox insan tərk edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu açıqlamasında şəhər meri Çjou Sianvan bildirib.

O qeyd edib ki, hazırda şəhərdə 9 milyona yaxın insan qalıb.

Qeyd edək ki, Çinin Uhan şəhərində koronavirus ilk dəfə keçən il dekabrın 31-də aşkarlanıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni bir növ olduğu ortaya çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR