Bank Of Baku

Bolqarıstanda istidən 6 fərdi yaşayış evi yanıb

Bolqarıstanda istidən 6 fərdi yaşayış evi yanıb
# 14 avqust 2021 10:09 (UTC +04:00)

Bolqarıstanın cənubunda yerləşən Velinqrad şəhəri yaxınlığında isti hava şəraiti nəticəsində baş verən yanğın zamanı 6 fərdi ev və bir neçə kənd təsərrüfatı obyekti yanıb. Onlarla sakin təxliyə edilib, itki yoxdur.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü Bolqarıstan Milli Radiosu məlumat yayıb.

"Əvvəlcə çəmən alovlandı, sonra yanğın qısa zaman ərzində evlərə keçdi, evlər tamamilə yandı, heç bir şeyi xilas etmək mümkün olmadı. Yanğın şiddətli idi. Kənddə su yoxdur və yanğınsöndürənlər gələnədək alovu söndürməyə heç bir şey yox idi", - deyə sakinlərdən biri bildirib.

Bolqarıstanın dağlıq bölgələrində yayılmış onlarla könüllü, yanğınsöndürən və hərbçi meşə yanğınları ilə mübarizəni davam etdirir, son bir gündə 188 yeni yanğın aşkar edilib, onlardan 9-nun söndürülməsi bu günə qədər davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR