Ağdaşda tibb işçisini elektrik cərəyanı vuraraq öldürüb

Ağdaşda tibb işçisini elektrik cərəyanı vuraraq öldürüb
# 24 fevral 2017 15:20 (UTC +04:00)

Ağdaş rayonunda səhiyyə işçisi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Xəlilova Səkinə Əhməd qızı nasaz olan və kustar üsulla hazırlanan spirallı elektrik qızdırıcısını işə salarkən ehtiyatsızlıq edib və qəflətən cərəyan onu vurub. Ailə üzvləri hadisədən gec xəbər tutub və qadın dünyasını dəyişib.

Qeyd edək ki, Səkinə Xəlilova Ağdaş rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi çalışıb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR