Şirvan Apellyasiya Məhkəməsində Cəlilabadda qətl törədən şəxsin şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Həmzəyev Əvəz Əhəd oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, 2017-ci ilin dekabrın 28-də rayonun 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Uzuntəpə kəndində hərəkətdə olan marşrut avtobusunda həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisəyə səbəb Ə.Həmzəyevin 18 yaşlı bacısının həyat yoldaşı (R. Hüseynovun oğlu-red.) ilə münasibətlərinin pozulması olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Həmzəyev CM-nin 120.2.4, 228.4 maddələri ilə 17 il 6 ay azadlıqdan məhrum edilib.