Həftə sonu ölkədə baş verən 10 yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb

Həftə sonu ölkədə baş verən 10 yol-nəqliyyat hadisəsində 6 nəfər ölüb
# 15 yanvar 2018 06:41 (UTC +04:00)

Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR