Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib

Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib
# 07 fevral 2018 09:23 (UTC +04:00)

Astara Gömrük İdarəsində yaponiyalı diplomatlarla görüş keçirilib.

APA-Economics” DGK-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Astara rayonu ərazisindən keçən hissəsində işlərin gedişi ilə tanış olmaq məqsədilə bu rayona səfər edən Yaponiyanın Azərbaycandakı və İrandakı səfirliklərinin attaşeləri Toşihiro Katagiri və Masamiçi Saıto fevralın 6-da Astara Gömrük İdarəsində olublar.

Astara Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin xarici əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyev, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov və Astara Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayevin iştirakı ilə keçirilən görüşdə qonaqlara son illər Azərbaycan prezidenti İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, bu islahatların gömrük işinin təşkilinə verdiyi töhfələr barədə ətraflı məlumat verib.

Görüşdə Dövlət Gömrük Komitəsi və İranın gömrük xidməti arasında ticarətin asanlaşdırılması, tranzit daşımaların daha da artırılması istiqamətində görülən işlərdən bəhs olunub.

İki ölkənin gömrük xidmətlərinin mal və nəqliyyat vasitələrinə dair ilkin məlumat mübadiləsi sistemi barədə məlumat verilib, İran və Azərbaycan gömrük xidmətləri arasında gömrük sahəsində beynəlxalq əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edilib.

Görüş çərçivəsində diplomatların gömrük işinin təşkili sahəsindəki sualları ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR