“Biz Bakı şəhərində 6 məntəqədə müşahidə apardıq. Nizam-intizamın mövcud olduğunu gördük. Heç bir müdaxilə, narahatlıq yox idi”.
APA-nın məlumatına görə, bunu Avstraliya parlamentinin üzvü Kreyq Kelli deyib. O bildirib ki, hamı azad şəkildə seçkidə iştirak edir, öz səsvermə hüququndan istifadə edirdi: “Biz buradan bir sıra dərslər çıxardıq ki, öz ölkəmizə aparaq və orada seçkiləri demokratik keçirmək üçün istifadə edək. Onlardan birincisi ondan ibarətdir ki, sizdə şəxsiyyət vəsiqəsi tələb edirlər. İkincisi barmaqların mürəkkəbə batırılmasıdır ki, heç kim ikinci dəfə səs verməsin. Səsvermənin məxfiliyini təmin etmək üçün otaqlar pərdə ilə örtülür. Seçki qutuları yarımşəffaf plastmas materialdan hazırlanmışdı. Bu da çox yaxşıdır. Bizim ölkədə seçki qutuları şəffaf deyil, şəxsiyyət vəsiqəsi yoxdur, barmaqları mürəkkəbə batırmırlar”.
K. Kelli Mərkəzi Seçki Komissiyasını təbrik edib: “Burda bir çox məsələləri öyrəndim və Avstraliyada tətbiq olunmasını təklif edəcəyəm. Səsvermədə insanların təvəllüdünü görə bildim. Orada 1928-ci ildə doğulan insan var idi. Bu, o deməkdir ki, onun 90 yaşı var. Onun üçün əlamətdar gündür ki, demokratik şəraitdə səs verib”.
Avstraliyalı parlamentar: “Azərbaycan təcrübəsindən öz ölkəmizdə istifadə etmək istəyirik”
11 aprel 2018 18:22 (UTC +04:00)
Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024
Məzahir Pənahov: Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq
16:30
2 may 2024
MSK sədri: Bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
16:15
2 may 2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib
16:05
2 may 2024