FAİREX-in idmançıları Beynəlxalq Ekstremal İdman Növləri Festivalında iştirak edəcəklər

FAİREX-in idmançıları Beynəlxalq Ekstremal İdman Növləri Festivalında iştirak edəcəklər
# 22 iyul 2015 12:27 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 37-ci Kəmaliyyə Beynəlxalq Ekstremal İdman Növləri Festivalı keçiriləcək.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FAİREX yeddi nəfərdən ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə festivalda iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Müxtəlif ölkələrin qatılacağı festivalda idmançılar təbii qayalarda müxtəlif idman dırmanması növləri ilə yanaşı hava idman növləri üzrə də öz bacarıqlarını nümayiş etdirəcəklər.

İyulun 20-də başlayan festival iyulun 25-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR