ABŞ Türkiyədən gələn reyslərdə yüklərə baxış prosedurunu sərtləşdirir

ABŞ Türkiyədən gələn reyslərdə yüklərə baxış prosedurunu sərtləşdirir
# 07 sentyabr 2017 22:13 (UTC +04:00)

ABŞ-ın nəqliyyat təhlükəsizliyi administrasiyası Türkiyədən gələn reyslərdə yüklərə baxış prosedurunu sərtləşdirdiyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun nümayəndəsi Maykl İnqland bildirib.

Onun sözlərinə görə, “bu addım yaranmış təhlükələrə müvafiq tədbirlərin görülməsi üçün atılır”. O qeyd edib ki, bu cür qaydalar artıq Türkiyənin özündə də tətbiq edilir və hava yüklərinin yoxlanılmasının gücləndirilməsi proqramının (Air Cargo Advance Screening Program, ACAS) tərkib hissəsidir.

Məlumata görə, yoxlama prosedurunun sərtləşdirilməsi Avstraliyadakı insidentlə əlaqəlidir. Xatırladaq ki, 49 yaşlı Xalid Mahmud Həyat və 32 yaşlı Mahmud Həyat iyulun 15-də Sidneydən havaya qalxmış “Etihad Airways” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində partlayış törətməyi planlaşdırıblarmış. Məlumata görə, təyyarənin göyərtəsinə keçiriləcək partlayıcı qurğu Türkiyədən Avstraliyaya aviapoçt vasitəsilə göndərilib. Polis terror aktının qarşısını almağa müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR