Xaçmazda yük maşını qadını vurub

Xaçmazda yük maşını qadını vurub
# 08 sentyabr 2017 18:01 (UTC +04:00)

Xaçmazda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Alı Mustafayev küçəsində qeydə alınıb.

"Qazel" markalı yük maşını yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qəza nəticəsində ağır bədən xəsarətləri alan qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR